XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2020 - 12:59

Tbilisidə 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Gürcüstanın paytaxtı Tbilisidə  20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

Tbilisidə yerləşən Tbilisi Milli Gənclər Sarayı (Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin elan edildiyi bina – red.) keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və səfirliyin digər əməkdaşları, Gürcüstan parlamentinin deputatları, Tbilisidə fəaliyyət göstərən müxtəlif diplomatik korpusların nümayəndələri, iş adamları və yerli icma nümayəndələri, din xadimləri iştirak edib.

Tədbirə 20 yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra çıxış edən Səfir Dursun Həsənov 20 Yanvar faciəsi ilə bağlı məlumat verib. Bildirib ki, 20 Yanvar Ümumxalq Hüzn Günü  rəmzi tarix kimi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Dursun Həsənov bildirib ki, anım tədbirinin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin qəbul edildiyi zalda keçirilməsi təsadüfi deyil. Diplomat Müasir Azərbaycan müstəqilliyinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu qeyd edib.

Tədbirdə 20 Yanvar faciəsini  əks etdirən fotosərgi və video-çarx nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən  artıq bir neçə gündür ki, 20 Yanvar  faciəsinin qurbanlarının xatirəsinin anılması məqsədi ilə azərbaycanlıların kompakt yaşadığı Dmanisi, Bolnisi, Qardabani, Marneuli, Telavi rayonlarında da ardıcıl anım tədbirləri təşkil edilib. (apa)