Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti yanvarın 20-də Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanına gedərək 20 yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər.
Strateq.az xəbər verir ki, polis əməkdaşları xalqımızın azadlığı uğrunda canlarından keçmiş vətən fədailərinin məzarları üzərinə qərənfillər düzüblər.