XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2020 - 14:44

Putin İsrail və Fələstinə səfər edəcək –Peskov tarixi açıqladı

Rusiya Prezidenti Vladimir Putin İsrail və Fələstinə səfər edəcək.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

”Növbəti iki gündə Prezident Lipetsk bölgəsinə, həmçinin İsrail və Fələstinə səfər edəcək”, – deyə D. Peskov qeyd edib.

Daha əvvəl Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki Rusiya Prezidentinin Fələstinə səfər edəcəyini bildirib. Onun sözlərinə görə, Fələstin lideri Mahmud Abbas rusiyalı həmkarı ilə Yaxın Şərq məsələlərini müzakirə etməyi planlaşdırır.

Putin yanvarın 23-də Qüdsdə keçiriləcək Beşinci Dünya Holokost Forumuna qatılacaq/APA.