XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2020 - 10:38

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın:sakinlər təxliyyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva açıqlamasında məlumatı təsdiqləyib.

O qeyd edib ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi-42 ünvanında qeydə alınıb.

Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib.

Faktla bağlı araşıdrma aparılır.