XƏBƏR LENTİ

25 Fevral 2020

Digər Xəbərlər

22 Yanvar 2020 - 12:58

Məzahir Pənahov:“DSK-ların qərarlarını ləğv edəndə, bu, bizdə məyusluq yaradır"

“Müasir dünyada dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Bu gün sosial şəbəkələr həyatımızın hissəsinə çevrilib”.

Bunu MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, məntəqəyə daxil olan vətəndaşın mobil telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Bu dediklərimin çoxunu burada oturanlar çox gözəl bilir. Amma açıq şəkildə müzakirə etmək istəmirsiniz. Lakin açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir”.

“Biz dairə seçki komissiyalarının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyusluq yaradır. Çünki bizim keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı yaranır. Buna görə də vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq”, – MSK sədri qeyd edib/Report.