XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2020 - 13:53

“Aİ və Azərbaycan yeni saziş üzrə danışıqları mümkün qədər tez başa çatdırmağa çalışır” –Səfir

“Avropa İttifaqı (Aİ) və Azərbaycan yeni saziş üzrə danışıqları başa çatdırmağa və onu mümkün qədər tez imzalamağa çalışır”.

Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.

O, daha əvvəl Aİ-nin yüksək çinli nümayəndələrinin Bakıya gəldiyini və Azərbaycan hökumətinin nümayəndələri ilə görüşlər keçirdiyini xatırladıb.

“Dekabr ayından Brüsseldə yeni Avropa Komissiyası fəaliyyətə başlayıb, Azərbaycanda da hökumət strukturlarında dəyişikliklər gedir, yeni iqtisadiyyat naziri təyin edilib. Bu, çox vacibdir, çünki yeni tərəfdaşlığa dair fundamental sazişimizdə qalan məsələlər məhz ticarət və iqtisadiyyatla bağlı məsələlərdir. Onunla (İqtisadiyyat naziri – red.) bu danışıqların necə davam etdiriləcəyini müzakirə etdik və düşünürəm ki, yaxın gələcəkdə ya məsləhətləşmələr, ya da danışıqların növbəti mərhələsi keçiriləcək. Bu saziş üzrə danışıqları başa çatdıracağımıza ümid edirik. Konkret müddət yoxdur, lakin hər iki tərəf danışıqları başa çatdırmağa və bu sazişi mümkün qədər tez imzalamağa çalışır”, – Aİ səfiri bildirib.