Daxili işlər orqanlarında yeni təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər/APA.