XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 21:13

CHP-nin sabiq lideri “Donuz qripi” virusuna yoluxub –Ərdoğan "keçmiş olsun" dedi

Türkiyənin ana müxalifət partiyası sayılan CHP-nin sabiq lideri Dəniz Baykal H1N1 virusuna (“Donuz qripi”) yoluxub.

Strateq.az Türkiyənin Haberler.com saytına istinadla bildirir ki, yüksək qızıdrıma və halsızlıq diaqnozu ilə xəstəxanaya yerləşdirilən Dəniz Baykalın səhhəti hazırda yaxşılaşmağa doğru gedir.

Bu gün ölkənin səhiyyə naziri  Fəxrəddin Qoca Dəniz Baykalı ziyarət edib.

Prezident Ərdoğan isə onunla telefonda danışaraq “keçmiş olsun” diləyini çatdırıb.