XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

25 Yanvar 2020 - 00:47

TÜRKİYƏDƏ 6.8 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLDU –21 nəfər öldü, 1000-dən çox yaralı var

Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.

Ölənlərin sayı 21-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb.

***

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

Son məlumata görə, Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 300 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişib.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Bu arada Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı həmvətənlərimizə lazım olan dəstəyin göstərilməsi məqsədi ilə “qaynar xətt” yaradılıb.

Səfirlikdən verilən məlumata görə, hələ ki, “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb.

Qeyd olunub ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qaynar xətt: 00905526792565.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində dörd nəfər həyatını itirib/Report.