XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

25 Yanvar 2020 - 11:27

Türkiyədə zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur –Səfirlik

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş verən zəlzələ ilə bağlı yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Səfirliyin yaydığı məlumata görə, hadisədən dərhal sonra qurulan “qaynar xətt”lə əlaqə saxlayan aidiyyəti üzrə hökumət qurumlarının təmsilçiləri və KİV nümayəndələri vəziyyətlə maraqlanıblar.

“Qaynar xətt”ə vətəndaş müraciəti olmayıb. Türkiyə tərəfindən zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat verilməyib: “Səfirlik mütəmadi qaydada Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə əlaqə saxlayır. Gün ərzində bölgədə yaşayan və qeydiyyatda olan Azərbaycan vətəndaşlarının siyahısı hazırlanacaq”.

“Qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək. Əlaqə nömrəsi: 00905526792565.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb.

Hadisə nəticəsində 20 nəfər ölüb, 1050 nəfər yaralanıb. Böyük həcmdə dağıntı var.