XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2020 - 17:05

Prezident İlham Əliyev Avstraliyanın General-Qubernatorunu təbrik etdi –MƏTN

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu ünvanlayıb.

Strateq.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab General-Qubernator,

Avstraliya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.