XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2020 - 10:49

“Zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb” –Ərdoğan

İndiyənə qədər Elazığda baş verən zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: “İndiyənə qədər zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1607 nəfər isə xəsarət alıb. Lazım olan hər şey təbii fəlakət zonasına çatdırılıb. Dövlət vətəndaşlara hər cür kömək göstərir”.

Onun sözlərinə görə, 45 nəfər dağıntılar altından xilas edilib. /Trend.az