ABŞ prezidenti Donald Tramp 27 yanvarda İsrailin baş naziri, hakim Likud Partiyasının sədri Binyamin Netanyahu və Kahol-Lavan müxalifət blokunun rəhbəri Beni Qansla görüşəcək.
Bu barədə “Reuters” məlumat yayıb.
Trampın Netanyahu və Qansla əsrin sazişi adlandırılan – ABŞ-ın Fələstin-İsrail münaqişəsini həll etmək planının detallarını müzakirə edəcəyi gözlənilir.
Əvvəlcə Amerika prezidenti baş naziri, sonra isə müxalifət liderini qəbul edəcək. Agentliyin məlumatına görə, prezident planın təfərrüatlarını onlarla bölüşəcək.
Donald Trump barışıq planını bu yazda elan etməyi planlaşdırır/Report.