XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 17:21

İki prorektor və bir dekan işdən çıxarıldı –BDU-da yeni təyinatlar

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

Strateq.az Report-a istinadla xəbər verir ki, ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

Bundan əlavə, Tarix fakültəsinin dekan müavini Rəşad Cabbarov BDU-nun Həmkarlar İttifaqı Komitəsin sədri seçilib/Report.