XƏBƏR LENTİ

25 Fevral 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 18:11

MSK sədrinin müavini:“Bəzi namizədlər öz platformasını “kim nəyi daha pis edir” şəklində qurur"

“Bəzi namizədlər öz platformasını “mən nəyi daha yaxşı edəcəm” şəklində yox, “kim nəyi daha pis edir” şəklində qurur”.

Bunu Mərkəzi Seçki Komissiyasnın (MSK) bu gün keçirilən iclasında MSK-nın sədrinin müavini Rövzət Qasımov deyib.

R. Qasımov bildirib ki, bəziləri elə düşünür ki, bu şəkildə səs ala biləcəklər: “Onlar real mübarizəni başqalarının məğlubiyyəti əsasında qurmağa çalışırlar. Bu, yolverilməz haldır. Bəzi şəxslər öz məharətini başqa işlərə sərf edir”. (apa)