XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2020 - 18:23

Parlament seçkiləri ilə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib –MSK

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri qeyd edib ki, indiyə qədər 55 min 492 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 52 min 858 nəfər dairə seçki komissiyalarında, 1434 nəfər isə MSK-da qeydiyyatdan keçib”.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.