XƏBƏR LENTİ

25 Fevral 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 18:35

“Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər” –Məzahir Pənahov

Müsavat Partiyasından Mərkəzi Seçki Komissiyasına (MSK) pulsuz efir vaxtı ilə bağlı müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

MSK sədrinin sözlərinə görə, müraciətdə qeyd edilib ki, partiyanın 64 dairədən namizədləri qeydə alınıb, ancaq pulsuz efir vaxtı verilmir: “Qanunvericiliyə görə, partiya tərəfindən 60-dan çox namizədi irəli sürülən partiyalara pulsuz efir vaxtı verilir. Ancaq onlardan öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər var. Fikirləşirlər ki, hay-küy qaldırmaqla bu məsələ həll olunacaq. Qanunvericiliyin tələbi nədirsə, MSK ona uyğun addım atır. Bu cür mübarizə olmaz. Nəsə nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər. Onlara deyirəm, vaxt itirməyin”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.