“Liviyanın qanunsuz silahlı birləşmələrinin lideri Xəlifə Həftər bu ölkədə atəşkəs rejiminin pozulmasında məsuliyyət daşıyır”.
Bunu Əlcəzairdən Qambiyaya qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Moskvada olduğu kimi, Berlində də danışıqlardan qaçan Həftər atəşkəs rejimini pozur. Liviyada sülhün hökm sürməsi üçün Həftəri dayandırmaq lazımdır”, – Ərdoğan deyib.
Onun sözlərinə görə, Həftər “Liviyada çox pis hərəkətlər” edir və Ankarada onun addımlarını izləyirlər.
Türkiyə lideri əlavə edib ki, rəsmi Ankara (Liviyada vəziyyətin yaxşılaşması üçün) təşəbbüslərini davam etdirəcək/Report.