XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 16:18

Səhiyyə Nazirliyi:"Heç bir təşvişə ehtiyac yoxdur, ancaq Çindən gələnlər nəzarətə götürülməlidir"

“Çindən Azərbaycana sağlam şəkildə gələn insanlar belə nəzarətə götürülməlidir. Çünki bu xəstəliyə xas olan inkubasiya dövrü var. Bu da 2 gündən 14 günə qədər müddəti əhatə edir”.

Bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Mütəxəssis bildirib ki, onlar xəstə deyil, sadəcə, tibb müəssisələrində müəyyən müddətə nəzarətdə saxlanılmalıdır.

A.Əliyeva vurğulayıb ki, bu gün insanlar arasında təşviş yaranıb: “Lakin heç bir təşvişə ehtiyac yoxdur. Çünki ölkəyə şübhəli xəstə gəlməyib. Amma bu virus hava-damcı yolu ilə keçir. Bu ölkə ilə gediş-gəliş var. Tələbələrimiz orada oxuyur. Onlar da bayıra çıxmırlar. Ərazi karantin altına alınıb”.

Report