XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

28 Yanvar 2020 - 17:47

Rövnəq Abdullayev bu şəxslərə yeni vəzifə verdi –SİYAHI

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.

Strateq.az AFFA-ya istinadən bildirir ki, qurumun rəhbəri Rövnəq Abdullayevin təklifinə əsasən, Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti, Elxan Məmmədov isə icraçı vitse-prezident vəzifəsinə təsdiqlənib. Elxan Məmmədovun, eyni zamanda, baş katib vəzifəsini də icra etməsi qərara alınıb.

İcraiyyə Komitəsi üzvlərinin məsul olduqları konkret iqtiqamətlər müəyyənləşdirilib:

İsgəndər Cavadov – Region futbolu

Kazbek Tuayev – Veteranlarla iş

Elxan Məmmədov – İcraçı vitse-prezident

Zaur Axundov – Futzal

Rauf Əliyev – Uşaq və gənclər futbolu

Vaqif Sadıqov – Məşqçi və klublarla iş

Elşad Nəsirov – Milli komandalarla iş

Fərid Mansurov – GİN ilə koordinasiya

Firudin Qurbanov – Tələbə futbolu

Mahir Məmmədov – Sahə FF ilə koordinasiya

Elmar Məmmədyarov – Dövlət orqanları ilə əlaqələr

Könül Mehdiyeva – Beynəlxalq əlaqələr

İclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və məsələnin müzakirəsinin İcraiyyə Komitəsinin növbəti iclasında davam etdirilməsi qərara alınıb.

İcraiyyə Komitəsinin iclasında müzakirə olunan sonuncu məsələ e-Milli komandanın yaradılması barədə olub. İK üzvləri bu məsələyə müsbət münasibət bildiriblər.