XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 20:48

Türkiyədə 19 dəqiqə ara ilə daha iki zəlzələ oldu –5.5 bal gücündə

Türkiyənin Muğla vilayətinin Marmaris sahillərində 5.5 bal gücündə zəlzələ meydana gəlib. 

Strateq.az xəbər verir ki, Kandilli Rəsədxanasının məlumatına görə,  zəlzələ yerli vaxtla 18.38-də 25 kilometr dərinlikdə meydana gəlib.

Məlumata görə, Marmaris sahillərində bu zəlzələdən 19 dəqiqə sonra 3.5 bal gücündə növbəti silkələnmə olub.

Bildirilir ki, zəlzələlər insan təlafatına səbəb olmayıb.