XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 21:47

Trampdan Fələstinə mesaj:"Bu gün İsrail sülhə doğru böyük addımı atır"

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edib. O, bildirib ki, İsrail bu planı təcəssüm edərək fələstinlilərlə “sülhə böyük addım” atır.

Bu barədə “RİA Novosti” xəbər verib.

“Bu gün İsrail sülhə doğru böyük addımı atır”, – Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə münaqişənin nizama salınması üzrə planını təqdim edərkən deyib.

Onun sözlərinə görə, fələstinlilər ən yaxşı həyata layiqdirlər.

“Amma terror fəallığının tələsinə düşüblər”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, Yaxın Şərq üzrə nizamasalınma planı 80 səhifədən ibarətdir. Bu, həmin məsələdə ən dolğun sənəddir/Report.