XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2020 - 10:11

“Azərbaycanda 293 nəfər deputatlığa namizədliyini geri götürüb” –MSK-dan açıqlama

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Strateq.az  Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadla xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 293 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1344 nəfərdir.