XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

29 Yanvar 2020 - 11:12

Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib- 82 yaşında 

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.

“Report”un xəbərinə görə, o, 82 yaşında İsveçrədə dünyasını dəyişib.

Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işləyib.

O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Allah rəhmət eləsin!