XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

29 Yanvar 2020 - 20:14

“Sağlam insanların maska taxmasına ehtiyac yoxdur” –Hande Harmancı

“Koronavirusla bağlı iki tərəfin görməli olduğu tədbirlər var. Bir tərəf tibb işçiləri və xəstəxanalar, digər tərəf isə əhalidir”. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

“Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumlar xəstəxanalarla çalışaraq onlara tapşırıqlar verir. İnsanlar isə qabaqlayıcı tədbir kimi əllərini tez-tez yumalıdır. Bu, bütün viruslardan qoruyan əsas üsuldur. Çünki əlimizi bir yerə vurub üzümüzə vurduğumuz zaman o viruslar tənəffüs yolu ilə orqanizmimizə daxil olur. Ona görə tez-tez sabunla əlləri yumaq, mümkün olduğu qədər xəstə insanlardan uzaq durmaq lazımdır”, deyə o qeyd edib.

H.Harmancı maska taxılması isə bağlı məsələyə də münasibət bildirib: “Maskadan düzgün istifadə edilməzsə, xeyirdən çox zərəri olur. Əgər xəstəsizsə, evdə qalın, çölə çıxmaq məcburiyyətində olsanız, maska taxın. Amma sağlam insanların maska taxmasına ehtiyac yoxdur. Bir də insanlarda dezinfeksiyaedici maddələrdən çox istifadə halları olur. Bunun da çox faydası yoxdur. İş yerlərində normal təmizliyə riayət edilməsi, əllərin sabunla yuyulması kifayətdir”. (apa)