XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2020 - 13:26

“Çində karantin bölgəsindəki azərbaycanlılar Türkiyəyə gətiriləcək” –Türk səfir

“Azərbaycan tərəfinin istəyi ilə Çində koronavirusun qeydə alındığı bölgədə yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə təxliyə ediləcək”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, koronavirus təhlükəsinə görə Türkiyə 35 vətəndaşını Çindən təxliyə edəcək: “Çində olan vətəndaşlarımız üçün təyyarə göndərilməsi planlaşdırılır. Bizdə olan məlumata görə, Çində karantin bölgəsində yaşayan 7 nəfər azərbaycanlı da Türkiyə vətəndaşları ilə birgə Türkiyəyə gətiriləcək və daha sonra lazımi tədbirlər görüləcək”. /APA