XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 21:22

Magistratura səviyyəsində yeni ixtisaslar yaradıldı –Hökumətdən qərar + SİYAHI

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

Strateq.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ali təhsilin magistratira səviyyəsində “Təbiət ixtisasları qrupu” bölməsində yeni “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”“Rəqəmsal hökumət” ixtisasları yaradılıb.

Eyni zamanda,  “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə Dərman preparatlarının keyfiyyətinin təminatı, “Sərhəd təhlükəsizliyi və idarəetmə” bölməsinə “Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” istisaslar əlavə olunub.