XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 22:14

Koronavirus daşıyıcıları bu halda cinayət məsuliyyətinə cəlb ediləcək- Çindən sərt qərar

Çinin Hubey əyalətinin hakimiyyət orqanları karantindən imtina edən, həmçinin yoluxdurmaq məqsədilə digər insanlara tüpürən yeni növ koronavirus daşıyıcılarını cinayət məsuliyyətinə cəlb edəcək.

Tibbi heyətə qəsdən xəsarət yetirmə və hücum, dövlət və özəl mülkiyyətə qəsdən zərərvurma, həkimləri açıq-aşkar təhqir etmə və hədələmə halları xüsusilə ciddi cəzalandırılacaq. Təlimata tabe olmayanları cərimə və iki ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Çin yeni növ koronavirusun əmələ gətirdiyi sətəlcəmə artıq 7742 nəfərin yoluxduğunu, həmçinin bu virus nəticəsində 170 ölüm hadisəsinin baş verdiyini bildirib. Çinin hüdudlarından kənarda koronavirusa 77 yoluxma halı qeydə alınıb. Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiya bu ölkələr sırasındadır(azərtac).