XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 01:06

ÜST koronavirusun qlobal təhlükə yaratması barədə qərar qəbul etdi

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi Çindən gələn yeni koronavirusun qlobal təhlükə yaratması barədə qərar qəbul etmək üçün Cenevrədə toplaşıb.

APA-nın məlumatına görə, bu, koronavirusla bağlı təşkilatın bir həftədə keçirdiyi üçüncü iclasıdır.

Komitə iclasda koronavirusu qlobal təhlükə élan edib.

Qeyd edək ki, koronavirusun ilk dəfə ötən ilin dekabr ayında Çinin Uhan şəhərində aşkarlanıb. ABŞ, Sinqapur, Cənubi Koreya, Tailand, Avstraliya, Nepal, Fransa və Almaniyanı əhatə edən virus azı 20 ölkəyə yayılıb.

Virus artıq Çində 171 nəfərin ölümünə səbəb olub, habelə 8 mindən çox insan bu xəstəliyə yoluxub