XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 14:38

“Ötən il Silahlı Qüvvələrdə qeydə alınan cinayətlərin 99,5 faizi açılıb” –Xanlar Vəliyev

“2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış fərarilik cinayətləri 28,6% azalıb”.

Bunu Respublika Hərbi Prokurorluğunda ilin yekunlarında dair keçirilən kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev bildirib.

O qeyd edib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə Silahlı Qüvvələrdə qeydə alınmış hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 % azalıb: ” 2019-cu ildə qeydə alınmış xuliqanlıq cinayətləri isə 14,3% azalıb. Həmçinin, ötən il Silahlı Qüvvələrdə qeydə alınan cinayətlərin 99,5 faizi açılıb”.