XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 16:48

Arif Hacılıya qarşı sürpriz aksiya: “Başqan, gəl, meyitinə sahib çıx!”

Müsavat partiyasının bir sıra fəalı maraqlı aksiyaya hazırlaşır. Strateq.az-ın aldığı məlumata görə, “Başqan, gəl, meyitinə sahib çıx!” şüarı ilə keçiriləcək aksiyada qara çələng və tabut daşınaraq Müsavatın qərargahı önünə qoyulacaq. Aksiyanın məramı yeni başqanın fərqli fikrə dözümsüzlüyünə, fəal üzvlərin partiyadan uzaqlaşdırılmasına etirazdır.

Məlumatı dəqiqləşdirmək üçün sabiq müsavatçı Rüfət Əliyevlə əlaqə saxladıq. Rüfət bəy informasiyanı təsdiqləsə də, aksiyanın dəqiq vaxtını açıqlamaq istəmədi.