XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 15:10

“Polisin qanunu pozmayan şəxslə nə işi var?” –Paytaxt polisi Ənvər Cəlilovun iddialarını yalanladı

“Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilovun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır”.

Strateq.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Hamı yaxşı bilir, indi bu, sirr deyil, belə şəxslərin polis təzyiqilə iddiallar səsləndirməsində məqsədi siyasi dəhlizlərdə öz reputasiyanını artırmağa yönələn uydurmadır, böhtandır.

Bu gün sosial medianın imkanları hesabına özünü qəhrəmanlaşdıran şəxslərin müxtəlif bəhanələrlə polisə qarşı virtual hücumlar etməsində məqsəd məlumdur. Bu şəxslər öz təbliğatlarını əsasən polisə ləkə vurmaqla sosial media üzərində qururlar. Sual edirəm, qanunu pozmayan şəxslə polisin nə işi var?” – E.Hacıyev qeyd edib.