XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 14:42

Keçmiş deputat Nazim Bəydəmirli ağır qəzaya düşdü – FOTOLAR

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd, sabiq deputat Nazim Bəydəmirli seçicilərlə görüşdən dönərkən ağır qəzaya uğrayıb.

Strateq.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb:

“İsalı kəndindən görüşdən qayıdarkən, Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq. Deyəsən, xalqımız demiş “göz dəydi”.

Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir. İstəsə rəsmiləşdirəcək, istəməsə yox, bu, sadə həqiqəti isə hamı bilir”.