XƏBƏR LENTİ

13 İyul 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 16:12

“Azərbaycan vətəndaşları Çindən təxliyə ediliblər” –- XİN açıqlama yaydı

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, Türkiyəyə məxsus təyyarə ilə bu ilin 1 fevral tarixində Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çin Xalq Respublikasının Uhan şəhərindən təxliyə ediliblər”. 

Strateq.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, təyyarənin bu gün axşam saatlarında Türkiyə ərazisinə enməsi gözlənilir: “Bununla əlaqədar olaraq qardaş Türkiyə Respublikasına təşəkkürümüzü ifadə edirik. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir.

Uçuşdan öncə təxliyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir. Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar.

Vətəndaşlarımıza göstərdikləri dəstəyə görə, həmçinin Çin Xalq Respublikası Hökumətinə də təşəkkürümüzü bildirir və bu müvəqqəti çətin günlərdə dost Çin xalqı və dövləti ilə həmrəylimizi ifadə edirik”.