Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel bu vəzifəyə təyin edilən sonra ilk dəfə İrana səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin “Telegram” messencer-kanalında məlumat yerləşdirilib.
Borrel İran Xarici İşlər naziri Cavad Zərif, o cümlədən İranın digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
Görüşlərin keçiriləcəyi tarix açıqlanmayıb. /APA