XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2020 - 12:11

“Siz öz zəkanız, biliyiniz, bacarığınızla…” –Mehriban Əliyeva Azərbaycan gənclərini belə təbrik etdi

Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”dakı rəsmi səhifəsində Azərbaycan gənclərini təbrik edib.

Strateq.az həmin təbrik mətnini olduğu kimi təqdim edir:

“Əziz gənclər,

Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!”.