XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

02 Fevral 2020 - 16:07

Təxliyyə edilən Azərbaycan vətəndaşları üçün karantin mərhələsi başlayıb –"Səfirlik vətəndaşlarımızın vəziyyətini nəzarətdə saxlayır"

Koronavirus təhlükəsi ilə əlaqədar Çinin Uhan şəhərindən təxliyyə olunan 6 Azərbaycan vətəndaşı üçün karantin mərhələsi başlayıb.

Azərbaycan vətəndaşları Ankara Zəkai Tahir Burak Qadın Xəstəlikləri və Araşdırma Xəstəxanasında 14 gün müddətində karantin şəraitində saxlanacaq.

Beləliklə, 14 gün ərzində 3 gündən bir müayinə edilən həmin şəxslər üçün təkadamlıq otaqlar ayrılıb. Xəstəxanadakı tibbi heyət və hətta xəstəxananı mühafizə edənlər belə xüsusi geyim və maskalarla təmin olunub.

Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, səfirlik vətəndaşlarımızın vəziyyətini nəzarətdə saxlayır.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyarəsi  Ankaradakı  Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna  enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədəki 20 heyət üzvü xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.

Çindən təxliyə olunanl\ şəxslərin heç birində koronavirus (2019-nCoV) ölümcül virus aşkarlanmayıb. /APA