XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 13:32

“Cənub Qaz Dəhlizi və BTQ dəmir yolu Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir” –“Heritage” Fondu

ABŞ-ın “The Heritage Foundation” düşüncə mərkəzinin “2020-ci ildə ABŞ-Gürcüstan münasibətləri üçün top 5 prioritet” adlı hesabatı açıqlanıb. 

Sənəddə Azərbaycanın Gürcüstan ərazisindən keçən infrastruktur layihələrinə də yer verilib.

Qeyd olunub ki, Gürcüstan ərazisindən keçən mühüm neft və qaz kəmərləri və dəmir yol xəttləri Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir: “Bu kəmərlərə Bakı-Tbilisi-Ceyhan, Baku-Supsa neft kəmərləri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti daxildir”.

Hesabatda Gürcüstanın Avropa və Asiyanın kəsişməsində yerləşməsinin son dərəcə strateji əhəmiyyətə malik olduğu bildirilib. (Report)