XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 14:56

“Azərbaycan nümayəndə heyəti AŞPA-da etimad böhranının öhdəsindən gələ bilib” –Slutski

“Son illər Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çox ciddi hücumlara məruz qalıb”.

Bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski deyib.

“Baxmayaraq ki, Azərbaycan bu təşkilata daxil olan gündən, hələ mərhum Heydər Əliyevin prezidentliyi dövründən əmin addımlarla irəliləyir. O zamanlar AŞPA-da Azərbaycan nümayəndə heyətinə ölkənin hazırkı prezidenti İlham Əliyev rəhbərlik edirdi. Azərbaycana olan hücumların həddi yox idi. Lakin Azərbaycan nümayəndə heyəti etimad böhranının öhdəsindən gələ bilib”, – deyə L. Slutski vurğulayıb.   

Rusiyalı parlamentari həm Rusiya, həm də Azərbaycan üçün AŞPA-nın Avropada xarici siyasət xəttinin inkişaf etdirilməsi baxımından vacib meydan olduğunu qeyd edib: “Əlbəttə ki, əsassız mövqelərin, ikili standartların qarşısını almaq baxımından bu çox önəmlidir. O, ki qaldı dostlarımızın bizə dəstəyinə, bu, çox vacibdir. Azərbaycan nümayəndə heyətinə bizə verdiyi dəstəyə görə, bir daha təşəkkürümü bildirirəm”. (apa)