XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 16:22

Putin Çinə səfər edəcək –Peskovdan açıqlama

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, dövlət başçısının Çinə səfərinin bu ilin ikinci yarısına planlaşdırıldığını qeyd edib.

“İl hələ təzə başlayıb. Putinin Çinə səfəri ilin ikinci yarısına planlaşdırılır və bu səfər həqiqətən də planda var”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Çində koronavirusun yayılmasının V. Putinin Çin səfərinə təsir etməyəcəyini də deyib: “Koronavirusla bağlı vəziyyət Rusiya-Çin ikitərəfli münasibətlərinə, bu münasibətlərin iqtisadi-ticarət aspektlərinə təsir etməyəcək”.

APA