XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 17:18

Əlibaba Məmmədov “Şərəf” ordeni ilə təltif olundu –Sərəncam

Prezident İlham Əliyev bu gün daha bir  sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əlibaba Məmmədov 1930-cu ilin fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. O, musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam –dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.