XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 21:03

21 ölkədə koronavirus qeydə alınıb –SİYAHI

Dekabrın sonlarında Çinin Uhan şəhərində aşkar edilən yeni tip koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb.

Strateq.az Trend-ə istinadla bildirir ki, virusdan 425 nəfər ölüb.

Çindən kənarda 1 ölüm halı qeydə alınıb. Belə ki, Filippində 1 Çin vətəndaşı virusun qurbanı olub.

Ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb: Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.