XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2020 - 00:07

Ərdoğanla Putin telefonda danışdı:"Türkiyə Suriyada hücumlara cavab verəcək"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə “Reuters” məlumat yayıb.

Türkiyə Prezidenti Administrasiyasına istinadən yayılan məlumata görə, Ərdoğan qeyd edib ki, Suriyada türk əsgərlərinin atəşə məruz qalması Yaxın Şərq respublikasında sülhün qurulması üzrə birgə səyləri pozur.

Bu halda Türkiyə lideri bildirib ki, Ankara Suriyada analoji hücumlar zamanı özünün müdafiə hüququndan istifadə edəcək/Report.