XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 15:21

“Koronavirus qlobal ÜDM-ni artımını cüzi azaldacaq”- "Goldman Sachs"

ABŞ-ın “Goldman Sachs” investisiya bankı Çində yayılmış koronavirusun təsiri ilə bu il qlobal ümumi daxili məhsulun (ÜDM) artımının 0,1-0,2 faiz bəndi azalacağını proqnozlaşdırır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bank Çin rəsmilərinin səyləri nəticəsində koronavirusun yayılmasının fevral-mart aylarında zəifləyəcəyini və bu il qlobal ÜDM-də artımın ötən ilə nisbətən 0,15 faiz bəndi artaraq 3,25%-ə çatacağını proqnozlaşdırır. “Goldman Sachs” hesab edir ki, ÜDM-in artıməndakı mümkün azalma əsasən bu ilin I yarısında qeydə alınacaq və ötən ilin I yarısına nisbətən 2 faiz bəndi təşkil edəcək.