XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 17:35

Zamirə Hacıyeva Böyük Britaniyada apellyasiya prosesini uduzdu- Qərar

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada “İzahedilməz Sərvət Sərəncamı”na qarşı verdiyi apellyasiya prosesini uduzub.

Trend-in məlumatına görə, Z.Hacıyeva Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin bu sərəncamını qüvvədən salmağa çalışırdı.

Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin istintaqı nəticəsində məlum olub ki, Z.Hacıyevanın Londonun mərkəzindəki əmlakı 2009-cu ildə Virgin adalarında qeydə alınan şirkət tərəfindən 11,5 milyon funt sterlinqə satın alınıb.

Xatırladaq ki, 2018-ci ilin nobarında Z.Hacıyevanın Londonda həbs edilməsi barədə xəbər yayılmışdı. O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunmuşdu. Sonradan məhkəmənin qərarı ilə müəyyən ödəniş müqabilində zaminə buraxılıb. Bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.