XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 09:48

“Onların səhhətində ciddi problem aşkarlanmayıb” –İki qurum karantinə alınan 6 xəstə haqda açıqlama yaydı

Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Strateq.az-a daxil olan məluamta görə, Kliniki Tibbi Mərkəzdə fevral ayının 6-sı üçün yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb.

Bildirilib ki, xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb: “Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.