XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2020 - 11:06

Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verib –Səfirlik görüş keçirib

Prezident İlham Əliyev tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib.

Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, təxliyə edilənlərin istəkləri yerinə yetirilib.

Hazırda onların vəziyyətlərində problem aşkarlanmayıb, vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı 6 Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müdətində karantində saxlanılacaq/Report.