XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 15:15

Azərbaycan XİN:"Kədərin kədərimizdir, qardaş Türkiyə!"

AzərbaycanXarici İşlər Nazirliyi Türkiyənin Van şəhərində baş verən qar uçqunu və İstanbuldakı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Strateq.az xəbər verir ki, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində məlumat verilib:

“Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, qardaş Türkiyə!”.