Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüş keçirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Komandanlar strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, tərəflərin hərbi fəaliyyəti nəticəsində ortaya çıxan mənfi hadisələri aradan qaldırmaq məqsədilə hərbi təmayüllü əməli addımlarını müzakirə ediblər” – məlumatda bildirilib/Report.