XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 21:21

Ermənistan referenduma gedir – 88 deputat layihənin lehinə səs verdi

Ermənistan parlamentinin növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin erkən istefasına dair referendum keçiriləcəyi haqqında qanun layihəsi təsdiqlənib.

TASS xəbər verir ki, parlament sədri Ararat Mirzoyan qərarın 88 lehinə səslə qəbul olunduğunu açıqlayıb.

Xatərladaq ki, layihəyə görə, Konstitusiyaya düzəlişlərin qəbul edildiyi 2015-ci ildən əvvəl təyin edilmiş KM sədri və üzvlərinin səlahiyyətlərinə xitam verilməklə əvəzində qanuna görə ölkə prezidenti, Nazirlər Kabineti, hakimlərin ümumi yığıncağı tərəfindən təqdim edilənlər təyin olunur.

Baş nazir Nikol Paşinyan Konstitusiya Məhkəməsinin hazırkı sədri Hrayr Tovmasyanın vəzifəyə saxtakarlıqla gəldiyini dəfələrlə bildirmişdi. H.Tovmasyan isə bunu siyasi təzyiq olaraq səciyyələndirib/Report.